BAKI, 24 mart — Sputnik. Çoxunun sevimli içkisi hesab edilən pivə sən demə ürək xəstəliklərindən qoruyur.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən bildirir ki, mütəxəssislərin rəyinə görə, pivə ürəyin fəaliyyətini yaxşılaşdırır. Belə ki, pivənin tərkibindəki B qrupu vitaminləri, kalium, antioksidantlar ürəkdə tromblaşma prosesinin qarşısını alır.
Ekspertlər həmçinin çox pivə içməyin zərərli olduğunu bildirirlər. Ancaq gündə 1-2 parç pivə insan orqanizmini, xüsusən də ürəyi xəstəliklərdən qoruyur.