CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xaçmaz bazarında kədərli “bayram bazarlığı”

© Sputnik / Irade JELILNovruz bazarlığı
Novruz bazarlığı - Sputnik Azərbaycan
Abunə olmaq
Xaçmaz rayon sakini Kamran Babaşov deyir ki, bazara gəlib, qiymətləri görüb və alverdən vaz keçib

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 24 mart — Sputnik. Dünyanın hər yerində azərbaycanlılar Novruzu xüsusi mərasimlərlə qeyd edirlər. İnsanlar bayram əhval-ruhiyyəsindədir. Hazırkı sosial-iqtisadi vəziyyətin insanların alıcılıq qabiliyyətinə təsir etməsinə baxmayaraq, azərbaycanlılar bu bayramı əvvəlki illərdə oldugu kimi bollluq içində, zəngin süfrələr açaraq qarşılamağa iddialıdırlar.  

Azərbaycanın kənd təsərrüfatı kifayət qədər yaxşı inkişaf etmiş hesab olunan Xaçmaz bazarında isə qiymətlər ürəkaçan deyil. Satıcılar da, alıcılar da bu il qiymətlərin çox baha olmasından şikayətçidir. 

Novruz sovqatlarının qiyməti 25% bahalaşıb - Sputnik Azərbaycan
VİDEO
Novruz sovqatlarının qiyməti 25% bahalaşıb

Xaçmaz bazarında satıcı işləyən Samir Eyvazov bazardakı ümumi qiymətləri Sputnik Azərbaycan-ın bölgə müxbirinə belə tərif edib: “Pomidorun kilosu 3-4 manat, 1 kq bibər 4 manat, mandarin 2 manat 50 qəpik, portağal 2manat və ya 2manat 50 qəpik, alma 2 manat, heyva 3 manat, armud 4 manat”.

Eyvazov qiymətlərin bayram qabağı artdığını bildirib. Onun sözlərinə görə, qiymətlər artsa da, alıcılıq qabiliyyəti çox aşağıdır: “Bazarda bolluqdur, hər şey var. Amma qiymətlər bahadır. Rayon camaatında da elə pul yoxdur ki, gəlib yaxşı bazarlıq eləsin. Alver çox zəifdir. Kimsə nəsə alanda da, qənaətlə, az-az alır”. 

Bazarda ədviyyat satan Bəsti Əliyeva isə alverdən məmnundur: “Ədviyyatların qiymətində artım olmasına baxmayaraq, yaxşı satılır. Elə ədviyyatlar var ki, camaat onu hər deyəndə almır, yalnız bayramdan-bayrama alır. İndi camaat qoğala, şəkərburaya lazım olan ədviyyatları alır”.

Novruzun əsas atributları olan qoz-fındıq paytaxtla müqayisədə Xaçmazda bir o qədər də baha deyil. Satıcı Vuqar deyir ki, qozun kiloqramı keyfiyyətdən asılı olaraq 5-6 manat arasında dəyişir. Fındığın kilosu 5 manatdır. Qoz-fındıq ləpəsinin kilosu isə 15-20 manat arasında dəyişir”.

Əməkdaşımızın söhbət etdiyi alıcıların demək ola ki hamısı, qiymətlərin bahalığından şikayətlənib. Onlar bahaçılıq səbəbindən istədiklərini ala bilmədiklərini deyiblər. 

Novruzu ən qeyri-adi qarşılayan kənd - Sputnik Azərbaycan
VİDEO
Novruzu ən qeyri-adi şəkildə qarşılayan kənd

Pensiyaçı Həlimə Məhəmmədova bildirib ki, ayda cəmi 170 manat pensiya alır. Bu ayın pensiyasını götürüb bazara gəlib ki, nəvələri üçün bayram bazarlığı eləsin. Amma qiymətlərə baxıb, məyus olub. “1-2 kilo qoz-fındıq, ət, düyü, mer-meyvə alacam, pensiya qurtaracaq. İndi gəl gələn ayın pensiyasına qədər dolan. Uşaqların işi yoxdur. Hamısı gözünü mənim pensiyama dikib” – deyə Həlimə xanım bildirib. 

Rayon sakini Kamran Babaşov isə deyib ki, bazara gəlib, qiymətləri görüb və alverdən vaz keçib: “Gəldim ki, qiymətlərə baxam. Od tutub yanır. Gəldim, gördüm, indi də gedirəm. Məndəki pula heç 1 kilo qoz-fındıq da düşmür. Nə edək, bayramı yavan keçirəcəyik”.

Xəbər lenti
0