BAKI, 24 mart — Sputnik. İŞİD İraqın Türkmən Çardağlı kəndinə hücum edib.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, hücum zamanı terrorçu qruplaşmanın üzvləri 3-ü qadın olmaqla 5 nəfəri öldürüblər.
Daha sonra terrorçularla hadisə yerinə gələn təhlükəsizlik qüvvələri arasında döyüş baş verib. Döyüş zamanı 2 terrorçu məhv edilib. Yalnız bundan sonra terrorçular ərazini tərk ediblər.