Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Dumanlı Təbriz, gizli Bakı, döyüşən şəhər...

© Photo : PUBLIC DOMAINMəmməd Səid Ordubadi
Məmməd Səid Ordubadi - Sputnik Azərbaycan
Abunə olmaq
O, Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisidir

BAKI, 24 mart — Sputnik. Bu gün görkəmli Azərbaycan ədibi Məmməd Səid Ordubadinin doğum günüdür. O, 24 mart 1872-ci ildə Ordubad şəhərində anadan olub.

Ziya Göyalp - Sputnik Azərbaycan
"Millətin namusu bizə əmanətdir"

Ədəbi yaradıcılığa 14-15 yaşlarından başlayıb. 20-ci illərdə Ordubadinin lirik və satirik şeirlərdən, tərcümə və poemalardan ibarət bir neçə şeir kitabı da nəşr edilib.

Bütün bunlarla bərabər, o, Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi kimi şöhrət tapıb. Ordubadi 20-ci illərdən əvvəl yazmağa başladığı dörd cildlik "Dumanlı Təbriz" (1933-1948) roman-epopeyası ilə Azərbaycan ədəbiyyatında bu janrın əsasını qoyub.

Görkəmli azərbaycanlı nasir, şair, dramaturq, jurnalist, publisist və tərcüməçi olan M. S. Ordubadi Azərbaycanın Əməkdar İncəsənət Xadimi (1938) fəxri adını alıb. "Qılınc və qələm" (1946-1948), "Dumanlı Təbriz" (1933-1948), "Gizli Bakı" (1940), "Döyüşən şəhər" (1938) kimi tarixi romanlarının müəlifidir.

1 may 1950-ci ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

Xəbər lenti
0