BAKI, 23 mart — Sputnik. Ukraynanın Xarkov vilayətinin Balakleya şəhərindən 100 kilometr uzaqda yerləşən hərbi bazanın silah-sursat anbarında böyük partlayış baş verib. Sputnik Azərbaycan NTV-yə istinadla xəbər verir ki, Ukrayna ordusundan gələn ilk açıqlamada, partlayışın təxribat nəticəsində baş verdiyi və hadisədə heç kimin xəsarət almadığı bildirilib.
Ukraynanın hərbi prokuroru Anatoli Matios yanğının eyni anda bir neçə yerdə birdən başladığını və baş verənlərin təxribata bənzədiyini açıqlayıb. 138 min ton silah-sursatın saxlanıldığı anbarın partlayış nəticəsində ziyan gördüyü və bölgədən 15 min adamın evakuasiya edildiyi bildirilir.