Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 23 mart — Sputnik. Azərbaycanın bir sıra dağlıq rayonlarına, eləcə də Xızı və Siyəzənin bəzi dağ kəndlərinə qar yağır. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Xızı rayonunun Altıağac kəndi ağ örpəyə bürünüb. Qarın yağması ilə əlaqədar olaraq, rayonun ərazisində temperatur aşağı düşüb və kənd sakinləri Novruz bayramında tonqal yandırmaqda əziyyət çəkiblər.
Qarın yağması turistlərin bu yerlərə gəlməsinə də mane olub. Hətta rayona gəlmiş turistlər "gözlənilməz qonaq" üzündən çətin vəziyyətə düşüblər. Hazırda kəndlərə yağan qarın qalınlığı 8-10 santimetr arasıdır.