BAKI, 23 mart — Sputnik. Dünən Londonda baş verən terror aktı dünya gündəmini silkələdi. Belə ki, Böyük Britaniyanın Parlament binası yaxınlığındakı Vestminster körpüsü üzərində silahlı insident baş verib. Terror aktı nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, 40 nəfər yaralı var.
Rəsmi açıqlamaya və şahidlərin ifadələrinə görə, bir silahlı şəxs körpünün üzərindəki insanlara atəş açmağa başlayıb. İlkin məlumata görə, terror aktını törədən şəxs Əbu İzzadin adlı ərəbdir. O, daha əvvəllər də terrorçularla əlaqədə olmaq ittihamı həbs olunub, sonradan azadlığa buraxılıb.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) də Londonda törədilmiş terror aktını pisləyib. XİN-in rəsmi "Twitter" səhifəsində hadisəyə belə qiymət verilir: "Terrora məruz qalan dövlət olaraq, Azərbaycan Londonda törədilmiş terror aktını kəskin şəkildə qınayır. Bu terror aktının qurbanlarının ailələrinə başsağlığımızı və dualarımızı çatdırırıq".
Artıq dəhşətli hadisənin görüntüləri də yayılıb. Sputnik Azərbaycan Milliyet-ə istinadən Böyük Britaniyaya dəhşət yaşadan hadisə ilə bağlı yayılan görüntüləri təqdim edir: