BAKI, 23 mart — Sputnik. Hörmüz boğazında ABŞ-İran gərginliyi yaşanıb. Sputnik Azərbaycan Milliyet-ə istinadla xəbər verir ki, İran donanmasına məxsus gəmilər, Hörmüz boğazından keçən ABŞ döyüş gəmisinin qarşısını kəsib.
Bundan sonra ABŞ döyüş gəmisindən hərbi helikopterlər havaya qalxıb. Yaşanan gərginliklə əlaqədar ABŞ-dan İrana xəbərdarlıq edilib.
ABŞ donanmasının rəhbərliyi İranı gəmilərinin bu addımını "təcavüz" kimi dəyərləndirib.