BAKI, 22 mart — Sputnik. 24 yaşlı meksikalı qızın səhhətində yaranan problem hər kəsi heyrətləndirib. Sputnik Azərbaycan Cnnturk-ə istinadən xəbər verir ki, pəhriz saxlayan meksikalı gənc qız qarnının get-gedə böyüdüyünün şahidi olub.
© Photo : Caters News AgencyƏməliyyatla çıxarılmış kista
Əməliyyatla çıxarılmış kista
© Photo : Caters News Agency
Həkimə müayinəsindən keçən gənc qızın yumurtalıqlarında kista olduğu aşkarlanıb. Ürək zəifliyi riskinin olmasına baxmayaraq əməliyyata alınan qızın yumurtalıqlarından 33 kiloqram ağırlığında kista çıxardılıb. Həkimlər qeyd ediblər ki, bu, indiyədək qarşılaşdıqları ən böyük ölçülü kista olub.