BAKI, 23 mart — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın referendum hazırlıqları ilə bağlı toplantısında, "Əsas gücü böyük şəhərlərə, xüsusilə İstanbula yönəldin" təlimatını verib.
Sputnik Azərbaycan Hürriyet-ə istinadla xəbər verir ki, Ərdoğan ölkənin Şərq və Cənub-Şərq vilayətlərində təbliğat-təşviqat prosesi ilə maraqlanıb. Bəlli olub ki, Diyarbəkirdə referendumdan "Bəli" cavabı çıxma ehtimalı 35-39 faiz arasındadır.
"Bu, indi yaxşı göstəricidir? İşi möhkəm tutmaq lazımdır, arxayınlaşmaq olmaz" — Ərdoğan narazılığını dilə gətirib.