Elçin Salmanov: “Gənclərin haqq səsimizi dünyaya çatdırması üçün böyük tribunalar, platformalar var”
AVCİYA-nın vitse-prezidenti Elçin Salmanov deyir ki, 22 ildir informasiya savaşında fəal iştirak edirlər: “Biz çoxsaylı layihələr həyata keçiririk. Amma ötən il iki uğurumuz diqqətə layiqdir. Ötən il Avropa Şurası Parlament Assambleyası 2085 saylı qətnamə qəbul etdi. Bu qətnamədə ilə ilk dəfə olaraq Ermənistan silahlı qüvvələrinin torpaqlarımızı işğalı gündəmə gəldi. Bu, informasiya savaşında nəinki bizim, ölkənin böyük uğuru idi”.
“Ötən ilin aprel-may aylarında Ağ Ev administrasiyasına petisiya ilə müraciət etdik. Məlum oldu ki, bu layihə 2011-ci ildən bu vaxta qədər ən məşhur ikinci petisiya olub. Bu sahədə layihələr 2017-ci ilin fəaliyyət planına da daxil edilib. Biz bunu tək etməli deyilik. Bütün vətəndaş cəmiyyəti etməlidir. Xüsusən də gənclərin bu sahədə rolu vacibdir. Gənclər üçün haqq səsini dünyaya çatdırmağa böyük tribunalar, platformalar var” – deyə o bildirib.