O, hər gün 800 uşağın canını alır

© Sputnik / Shahperi Abbasovaİçməli su
İçməli su - Sputnik Azərbaycan
Abunə olmaq
Hər il 843 min insan çirkli su istifadəsi nəticəsində həyatlarını itirir

BAKI, 22 mart — Sputnik. Birləşmiş Millətlər Təşkilatı (BMT) içməli suyun önəmini nəzərə alaraq, içilə bilən su qaynaqlarının qorunması məqsədi ilə 22 mart tarixini "Dünya su günü" elan edib. Sputnik Azərbaycan xəbər verir ki, 1993-cü ildən bu günə kimi 24 ildir bu gün "Dünya su günü" kimi qeyd edilir.

Ay, arxiv şəkli - Sputnik Azərbaycan
Ayda təmiz içməli su tapıldı

Bu gün dünyada su problemi nə vəziyyətdədir?

1. Dünyada istifadə olunan suyun 80 faizi heç bir təmizləmə qurğularından keçirilməyərək təbiətə ötürülür;

2. Dünya əhalisinin çoxu yararsız sudan istifadə edir və bu su da bir çox xəstəliklərin mənbəyidir. Hətta uşaqların bu sulardan istifadə etməsi onların iflic olması ilə nəticələnir;

3. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, hər il 843.000 insan çirkli su istifadəsi nəticəsində həyatlarını itirir;

4. 2050-ci ilə qədər inkişaf etmiş ölkələrin şəhərlərinin 70 faizində su qıtlığı yaranacaq. Bu problemin həlli olaraq çirklənmiş suların xüsusi qurğular vasitəsi ilə təmizlənərək yenidən istifadəyə verilməsi göstərilir;

5. UNİCEF-in məlumatına görə, hər gün 5 yaşına qədər 800 uşaq təmiz su istifadə edə bilmədiyi üçün dünyasını dəyişir.

Xəbər lenti
0