Bu adam traktoruna elə bir şey etdi ki, görənlər heyrətə düşür

© Flickr / KelrtTraktor, arxiv şəkli
Traktor, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
“Bütün qəsəbə bir kilometr uzaqdan mənim gəldiyimi anlayır” deyən Karlıoğlu, yüksək səsli oyun havaları dinləməyin onda adət halına çevrildiyini söyləyib

BAKI, 21 mart — Sputnik. Murat Karlıoğlu Türkiyənin Aydın vilayətinin Nazilli qəsəbəsində yaşayır. Musiqiyə olan çılğın həvəsi ilə yaşadığı yerdə adınnan söz etdirən 30 yaşlı M.Karlıoğlu, bu həvəsini traktoruna da tətbiq edib. O, gözünü qırpmadan 3 min dollar dəyərində yüksək səs çıxara bilən qurğu alaraq traktora qoşdurub. 

Gülümsəyərək “bütün qəsəbə bir kilometr uzaqdan mənim gəldiyimi anlayır” deyən Karlıoğlu, yüksək səsli oyun havaları dinləməyin onda adət halına çevrildiyini söyləyib.

“Əvvəl orta səsli musiqi diapazonu almışdım. Amma gördüm ki, bu yetərli deyil. Sonra daha güclüsünü almağa qərar verdim” – Murat deyib.

© Photo : milliyet.com.trMurat Karlıoğlu
Murat Karlıoğlu - Sputnik Azərbaycan
Murat Karlıoğlu

Sputnik Azərbaycan Milliyet-ə istinadən xəbər verir ki, 30 yaşlı Muratın musiqi aşiqi olduğunu deyən qəsəbə sakinləri zamanla onun bu hərəkətinə öyrəşdiklərini söyləyiblər: “Çox rəngarəng bir xarakteri var. Hər gün səhər yüksək səsli musiqilərlə evimizin qarşısından keçməsinə alışdıq. Hətta zamanla xoşumuza gəlməyə başladı. Çünki xoşladığımız mahnılara qulaq asır”.

Murat Karlıoğlunun yüksək səs diapazonuna sahib traktorundan hətta toy və nişanlarda da istifadə etməyə başlayıblar. 

Xəbər lenti
0