BAKI, 21 mart — Sputnik. Belarus fövqəladə hallar nazirinin müavini Dmitri Bequn rüşvət almaq ittihamı ilə həbs edilib.
Sputnik Azərbaycan-nın məlumatına görə, bunu bu gün Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
Lukaşenko deyib ki, qanun qarşısında hamı bərabərdir və general rütbəsində olan Bequnu minimum 8 ilə qədər həbs gözləyir. Belarus prezidenti qeyd edib ki, Bequn təhlükəsizlik normalarına zidd olaraq tikilmiş obyektin istismara verilməsinə icazə üçün biznesmendən rüşvət almaqda şübhəli sayılır.