Rus səfirin qətlində çoban izi

© Photo : Depo Photos/Sozcu Newspaper via REUTERSУбийца посла РФ в Анкаре Андрея Карлова
Убийца посла РФ в Анкаре Андрея Карлова - Sputnik Azərbaycan
Abunə olmaq
Səfiri öldürdükdən 2,5 saat sonra mail adresindəki yazışmalar silinib

BAKI, 21 mart — Sputnik. Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun Mövlud Mərt Altıntaş tərəfindən öldürülməsindən bir neçə saat sonra Altıntaşın adına telefon nömrəsi ilə bank hesabı açılıb. 

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən məlumat verir ki, Ankara Baş Prokurorluğunda, Rusiya səfiri Andrey Karlova sui-qəsdlə bağlı istintaq davam edir. İstintaq çərçivəsində qatil Mövlud Mərt Altıntaş haqqında yeni faktlar ortaya çıxıb. Belə ki, Altıntaşın Karlovu öldürdükdən 2,5 saat sonra mail adresindəki yazışmaların silindiyi müəyyən edilib.

Altıntaşın bank hərəkətlərini də nəzarət altına alan prokurorluq araşdırma üşün polisə təlimat verib. Polis Altıntaşın ölümündən bir neçə saat sonra adına hesab açıldığını müəyyən edib. Hesabın telefon nömrəsi ilə açıldığını müəyyən edən polis telefon nomrəsini də müəyyən edib. Daha sonra nömrənin sahibi müəyyənləşdirilib. Həmin şəxs saxlanılıb.

Hal-hazırda Ankara Terrorla Mübarizə şöbəsi məsələni araşdırır. Saxlanılan şəxs İzmirdə çobanlıq edir və Altıntaşın internetdə olan kimlik məlumatları ilə hesab açdığını bildirib. Sözügedən şəxsin bu hesabı dələduzluq məqsədilə ilə açdığı bildirilir.

Xəbər lenti
0