Hillari Klintonun prezident seçkilərində məğlub olmasının ilginc səbəbi

© AP Photo / Matt RourkeКандидат в президенты США от Демократической партии Хиллари Клинтон
Кандидат в президенты США от Демократической партии Хиллари Клинтон - Sputnik Azərbaycan
Abunə olmaq
Hillari Klintonu Sibir şahzadəsinin mumiyası lənətləyib

BAKI, 21 mart — Sputnik. Demokrat Partiyasının prezidentliyə sabiq namizədi, ABŞ-ın keçmiş birinci xanımı və dövlət katibi Hillari Klintonla bağlı ağlasığmaz iddia ortaya çıxıb. 

Sputnik Türkiyə-nin xəbərinə görə, Klintonun prezident seçkilərində 20 il əvvəl Rusiyanın Novosibirsk şəhərinə səfəri zamanı gördüyü bir mumiyanın lənəti səbəbindən məğlub ola biləcəyi iddia edilib.

ABŞ-ın New York Observer jurnalında yayınlanan bir məqalədə qeyd olunub ki, Klintonun Donald Trampla prezidentlik uğrunda mübarizədə məğlub olmasında "Rusiyanın daha bir barmağı" var.
Məqalədə qeyd olunur ki, Klintonun seçkiləri uduzmasına 2500 il öncə mumiyalanaraq Altay bölgəsində basdırılan və 1993-cü ildə tapılan Sibir şahzadəsi Ukok səbəb olub.

"Bölgədə yaşayanlar, mumiyanın Klintonun qismətini bağlamış ola biləcəyini deyirlər" — məqalədə yazılıb.

Orada keçmiş First Lady-nin 1997-ci ildə Novosibirskə ziyarəti xatırladılıb: "Klinton səfər zamanı Altay şahzadəsinin mumiyasını görmək istədi və hər şey bundan sonra başladı. Əri Bill Monika Levinski (Monica Lewinsky) ilə əlaqələrinə başladı. Klintonun özündə isə qəfil gülüş böhranı, haldan-hala düşmələr və unutqanlıq kimi qəribə hadisələrlə baş verdi".

ABC telekanalı da Klintonun bu səfər zamanı gizli dosyaları unutduğunu xatırladaraq sözügedən iddialara dəstək verdi.

Xəbər lenti
0