Daxili işlər naziri istefa verdi

© REUTERS / Charles Platiau/File PhotoBruno Le Roux
Bruno Le Roux - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirin məktəbli və tələbə olan iki qızı vaxtilə parlamentdə köməkçi işləyiblər

BAKI, 21 mart  -Sputnik. Fransanın daxili işlər naziri Bruno Le Ru (Bruno Le Roux) martın 21-də ətrafında yaranmış siyasi qalmaqal fonunda istefa verdiyini elan edib.

Sputnik Fransa-nın məlumatına görə, Mattias Fekl Fransanın yeni daxili işlər naziri təyin olunub.

Maliyyə Prokurorluğu daxili işlər naziri Bryuno Le Runun qızlarına parlamentdə köməkçisi kimi işləmələrinə şərait yaratması barədə məlumatı araşdırmağa başlayıb. Bildirilir ki, nazirin məktəbli və tələbə olan iki qızı vaxtilə Fransa parlamentinin aşağı palatasında onun köməkçiləri kimi işləyib. Deputat köməkçiləri kimi qızlara ümumilikdə 55 min avro əməkhaqqı ödənilib.

Bundan əvvəl isə Fransanın sabiq baş naziri, ölkə prezidenti postuna namizəd Fransua Fiyonun həyat yoldaşı və övladları ilə də bağlı analoji qalmaqal baş vermişdi.

Xəbər lenti
0