Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 21 mart — Sputnik. Bu gün səhər saatlarından başlayaraq Azərbaycanın bir sıra dağlıq rayonlarına, eləcə də Qaxın bir neçə dağ kəndlərinə qar yağmağa başlayıb.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumətə görə, Qax rayonunun İlisu, Sarıbaş və Ağçay kəndlərinin bəzi əraziləri ağ örpəyə bürünüb.
Kənd sakinlərinin sözlərinə görə, ötən əsrin 90-cı illərində Novruz bayramı günlərində qar yağsa da, son illərdə mart ayında qarın yağması müşahidə olunmayıb.
Qarın yağması ilə əlaqədar olaraq, rayonun ərazisində temperatur aşağı düşüb. Hazırda İlisu və Ağçay kəndlərində qarın qalınlığı 5 santimetr, Sarıbaş kəndinin bəzi yerlərində isə 7-8 santimetrdir.
Qeyd edək ki, bu gün Quba, Qusar, İsmayıllı və Lerik rayonlarının da dağ kəndlərinə qar yağıb.