CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Novruzla bağlı bilmədiyimiz heyrətamiz faktlar

© Sputnik / Ilham MustafayevGəncədə Novruz bayramı tədbiri
Gəncədə Novruz bayramı tədbiri - Sputnik Azərbaycan
Abunə olmaq
Novruz gecəsi ölülərin ruhları məhz həmin yerə yığışır

BAKI, 20 mart — Sputnik. Novruz Azərbaycan xalqının ən əsas və sevimli bayramlarından biridir. O, simvolik mənalarla dolu müxtəlif mərasimləri və ənənələri özündə birləşdirir. Bu bayram nəsildən nəslə ötürülərək bu günə gəlib çatıb. Tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Şirin Bünyadova bu bayramla bağlı Sputnik Azərbaycan-a ətraflı məlumat verib. 

Onun sözlərinə görə, xalqın tarixi təkcə yazılı mənbələrlə deyil, onun ənənələri ilə də yaşadılır. Çox təəssüf ki, onların bir hissəsi zamanla unudulur və hamısı qorunaraq gəlib bu günlərə çatmır. 

"Novruz bayramı həmişə baharın gəlişi ilə əlaqədar olub və hər bir xalq onu özünəməxsus formada qeyd edib. Bu bayramda icra olunan mərasimlər və ayinlər ocaqların yandırılması, yeni paltarların geyilməsi, ocağın üstündən tullanma, suyun çilənməsi, yumurtaların boyanması, səməni cücərdilməsi və şirniyyatların hazırlanmasıdır” – Bünyadova deyib. 

Layihənin açılış mərasimindən sonra Heydər Əliyev Park Kompleksində Novruz bayramı münasibəti ilə tədbir keçirilib - Sputnik Azərbaycan
Azərbaycanda Novruz bayramı qeyd edilir

Novruzla bağlı əsas ənənələrdən biri bütün ailə üzvlərinin Novruz axşamı şam yeməyini bir yerdə yeməsidir. Hesab olunur ki, əgər adam bu şam yeməyində iştirak eləməsə, daha 7 il bayramı ailəsi ilə birlikdə keçirə bilməyəcək. Ən əsası isə həmin gün stolun küncündə oturmaq olmaz, çünki inanca görə, həmin gün ölülərin ruhları məhz həmin yerə yığışır. 

Bünyadovanın sözlərinə görə, Novruz hazırlıqlarına adamlar martın əvvəlindən başlayırlar. Həyət-bacanı təmizləyirlər, ağacların gövdələrini rəngləyirlər, yeni paltarlar alırlar. İnanca görə, Yeni ili necə qarşılasan, gələn Novruza qədər də günlərini elə keçirəcəksən. 

"Ənənəyə görə, bayram günü süfrəyə mütləq bu yeddi predmeti qoymalısan: təmizliyin simvolu olan su, neqativlərdən arınmaq üçün güzgü, təbiətin oyanmasının rəmzi olan səməni, rahatlığın və elastikliyin simvolu olan balıq, xoş ətir üçün alma, halva və zənginliyin simvolu — içində qızıl olan fincan” – Bünyadova bildirib. 

Novruz süfrəsi - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Novruz bayramı neçəyə başa gəlir?

Onun sözlərinə görə, şam yandırmağı da unutmaq və onu özü yanıb qurtarmayana qədər söndürmək olmaz. İnanca görə, yanan şam ailənin hər bir üzvünün həyat yolunu göstərir. 

Milli Kulinariya Mərkəzinin vitse-prezidenti Ceyran Əsgərova isə bu bayramla bağlı ən heyrətamiz faktlardan danışıb. Onun sözlərinə görə, bu bayramın əsas simvolu səmənidir. Ona görə də, hər bir ailə mütləq onu becərməlidir. Çünki səməninin böyüməsi gələn ilin necə olacağına işarədir. 

O, qadınlara məsləhət görüb ki, bayramda ət xörəkləri hazırlamasınlar. Çünki yazda heyvanların artım dövrü başlayır və bu vaxt onun kəsilməsi günah sayılır. Bayram yeməklərini imkan daxilində balıq və toyuqdan hazırlamaq lazımdır. 

Əsgərova hesab edir ki, bu bayramı qadınların bayramı da hesab etmək olar. Çünki qızlar bu gün gələcək talelərini bilmək üçün fala baxır, öz gələcək həyat yoldaşlarının adını öyrənirlər. 

Bayram həftəsi başladı: Bakı sakinləri Novruzu şövqlə qarşılayırlar - Sputnik Azərbaycan
VİDEO
Bayram həftəsi başladı: Bakı sakinləri Novruzu şövqlə qarşılayırlar

“Qızlara məsləhət görürəm ki, duzlu kökə hazırlasınlar, onu yatmazdan qabaq yesinlər. Amma ürəkləri istəsə belə, su içməsinlər. Əgər yuxuda hansısa oğlan ona su versə, o, bu qızın əri olacaq. Əgər yuxuda ona iki oğlan su versə, deməli iki dəfə ərə gedəcək” – deyə Əsgərova bildirib. 

O, qızlara həmçinin tövsiyə edib ki, pəncərənin qabağına yumurta, yanında da qırmızı və qara karandaş qoysunlar. Əgər səhər yumurtada qırmızı xətt görsə, deməli, yuxuda gördüyü adam onu xoşbəxt edəcək, əgər qara xətt görsələr, əksinə olacaq. 

Novruzun adət-ənənələri çoxdur. Amma günümüzə onların çox az bir hissəsi gəlib çatıb. İldən-ilə də azalmaqdadır. 

Xəbər lenti
0