Azərbaycana bahar gəlib

© Şahpəri Abbasova/SputnikƏrik çiçəyi
Ərik çiçəyi - Sputnik Azərbaycan
Abunə olmaq
Bahar iyunun 21-dək davam edəcək

BAKI, 20 mart — Sputnik. Bu gün Azərbaycan ərazisinə bahar gəlib. 

AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılovun baharın gəlişinin Bakı vaxtı ilə təxminən saat 14:29-da baş verdiyini bildirib.

Onun sözlərinə görə, martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edib: "Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olub. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir. Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınıb. Həmin andan şimal yarımkürəsində astronomik bahar başlayıbvə bu, iyunun 21-dək davam edəcək”.

Xəbər lenti
0