Möcüzəli təyyarə qəzası baş verib

© Photo : South Supreme Airlines/ FacebookСамолет авиакомпании South Supreme Airlines
Самолет авиакомпании South Supreme Airlines - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Havadan yerə çırpılan təyyarənin bütün sərnişinləri və ekipaj üzvləri salamat qalıb

BAKI, 20 mart-Sputnik. Bu gün Cənubi Sudanda qəzaya uğrayan təyyarənin bütün heyəti və sərnişinlərinin hamısı sağ qalıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, ekipaj üzvlərinin və xilasedicilərin vaxtında müdaxiləsi nəticəsində sərnişinlər təxliyə olunublar, hava gəmisinin yanan hissəsi söndürülüb.

Qəza nəticəsində 14 nəfər xəsarət alıb. Təyyarənin "South Supreme Airlines" aviaşirkətinə məxsus olduğu bildirilir.

Təyyarə Vau aeroportunda yerə çırpılıb. Təyyarənin göyərtəsində 44 sərnişin olub.

Qəzanın səbəbləri barədə hələ ki, məlumat verilmir.

Xəbər lenti
0