Qanlı terrordan 23 il ötdü

Abunə olmaq
1994-cü ildə Bakı metropolitenin "20 Yanvar" stansiyasında törədilən terror aktı nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb

BAKI, 19 mart — Sputnik. 1994-cü il martın 19-da Ermənistan xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə Bakı metropolitenin "20 Yanvar" stansiyasında terror aktı törədilib.

Partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. Terror aktının Ermənistan xüsusi xidmət orqanlarında təlimlər keçmiş separatçı "Sadval" ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirildiyi müəyyən edilib, təxribatçı qrupun üzvləri cinayət məsuliyyətinə cəlb edilib.

Xalq artisti, bəstəkar, cazmen Rafiq Babayev də Bakı metrosunda baş verən terror hadisəsində həlak olub. Babayev "Cəngi" folklor-caz kollektivini yaradıb, “Anlamaq istəyirəm”, “Cin mikrorayonda” və s. filmlərə musiqi bəstələyib.

Xəbər lenti
0