Televiziyalarda bu tipli proqramlar bağlanır

© Flickr / Victoria Hong ZhuМолодожены. Архивное фото
Молодожены. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyədə evləndirilmə proqramları bağlanır

BAKI, 18 mart — Sputnik. Mübahisələrin, şikayətlərin əskik olmadığı evləndirmə proqramları yaxın zamanlarda bağlanacaq. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Radio-Televiziya Şurasında (RTÜK) artıq bu barədə müzakirələr başlayıb.

Məlumata görə, Türkiyənin ATV kanalında yayımlanan Esra Erolla, Kanal D-də yayımlanan “Qismətsə olur”, Show TV-də “Evlənəcəksən gəl”, Star TV-də Zühal Topalla, Fox TV-də “ Ən yaxşı mənəm” adlı proqramlar bağlanacaq. Türkiyə Radio-Televiziya Şurası (RTÜK) bu proqramların bağlanması üçün qanun hökmündə qərarnamələr hazırlayır. Bu qərarnamələr Türkiyə Böyük Millət Məclisində qəbul edildikdən sonra rəsmi qəzetdə işıq üzü görəcək və bundan sonra proqramlar bağlanacaq. 

Xəbərdə bildirilir ki, evlilik proqramları sentyabrda — yeni mövsümdən etibarən bağalanacaq. 

Xəbər lenti
0