Hava limanında insident: uçuşlar dayandırıldı

© REUTERS / Benoit TessierOrli aeroportu
Orli aeroportu - Sputnik Azərbaycan
Abunə olmaq
Paris aeroportunda insident baş verib, uçuşlar dayandırılıb, aeroport boşaldılıb

BAKI, 18 mart — Sputnik. Fransanın paytaxtı Parisdəki “Orli” hava limanında naməlum şəxs tərəfindən xidməti vəzifəsini yerinə yetirən hərbçiyə hücum olub.

Sputnik Azərbaycan-ın “Milliyət” qəzetinə istinadən verdiyi xəbərə görə, naməlum şəxs hərbçinin silahını almağa cəhd göstərib.

Polis naməlum şəxsi zərərsizləşdirib. “Orli” hava limanında uçuşlar dayandırılıb, aeroport boşaldılıb və giriş-çıxış qadağan olunub.

Polis tərəfindən hava limanında axtarış aparılır. Hadisənin terror olub-olmadığı araşdırılır.

Bundan başqa, Fransa Daxili İşlər Nazirliyi Parisin şimalında polis məntəqəsinə silahlı hücum barədə məlumat yayıb. Hücum nəticəsində üç polis əməkdaşı yaralanıb.

Xəbər lenti
0