CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Eks-prezidentin qızını azadlıqdan məhrum etdilər

Abunə olmaq
Onun qardaşı Mehdi Rəfsəncani isə maliyyə fırıldağına görə 12 il iş kəsilib və hazırda həbsxanadadır

BAKI, 18 mart — Sputnik. İranın keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin qızı Faizə Haşimi 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, o, İslam Respublikasının məhkəmə hakimiyyətinin sədri Sadiq Amoli Laricaninin bank hesabları haqqında yalan məlumat yaymaqda ittiham olunub.

İranın rəsmi şəxslərinin nüfuzuna zərər vuran belə məlumatlar yayanlar iki aydan iki ilədək azadlıqdan məhrum edilir, yaxud onlara 74 şallaq cəzası verilir.

Faizə Haşimi 2012-ci ildə mitinqə qatıldığı, hakimiyyətə qarşı çıxdığı üçün 6 ay müddətinə azadlıqdan məhrum olunmuşdu. Onun qardaşı Mehdi Rəfsəncaniyə isə maliyyə fırıldağına görə 12 il iş kəsilib və hazırda həbsxanadadır.

İran hakimiyyətinə müxalifətdə olan mənbələr bildiriblər ki, Faizə Haşimi “hakimiyyət əleyhinə” təbliğat apardığına görə mühakimə edilib.

Əli Əkbər Haşimi Rəfsəncani 1989-1997-ci illərdə İranın prezidenti olub. 2009-cu ildə müxalifət sayılan hakimiyyətdaxili islahatçı xətti müdafiə edərək, keçmiş prezident Mahmud Əhmədinejatla prezident postu uğrunda mübarizə aparmış və məğlub olmuşdu. O, 2017-ci il yanvarın 10-da vəfat edib. 

Xəbər lenti
0