BAKI, 18 mart — Sputnik. Hindistanda bu qəbilənin qadınlarını görənlər məəttəl qalır. Hindistanın Ziro vadisində yaşayan Apatani qəbiləsinin qadınlarının 4 burun dəliyi var.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu qəbilədə qız uşaqları doğulan kimi burunlarına əlavə dəlik açılır və tıxac vurulur.
Tarixçilərə görə, Apatani qəbiləsinin qadınları qonşu qəbilə kişilərinə çirkin görünmək üçün illərlə bu üsulu seçiblər və bu adət əsrlərlə davam edib. Qadınları qonşu qəbilə üzvləri tərəfindən tez-tez qaçırıldığı üçün bu üsula əl atan qəbilə üzvləri bu üsulla həm də öz qadınlarını digərlərindən ayıra bilirlər. Burun dəliklərinin 4 olması yanaşı Apatani qəbiləsinin qadınları üzlərinə döymə də vurdururlar.
© Photo : National GeographicZiro vadisində yaşayan Apatani qəbiləsinin qadınları
Ziro vadisində yaşayan Apatani qəbiləsinin qadınları
© Photo : National Geographic