Bakı-Tbilisi-Qars layihəsinin dəqiq açılış tarixi məlum oldu

© Sputnik / Murad OrujovЖелезная дорога, фото из архива
Железная дорога, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Mövlud Çavuşoğlu: "Bakı-Tbilisi-Qars layihəsinin iki ay ərzində açılışı olacaq"

BAKI, 18 mart — Sputnik. Türkiyə-Azərbaycan-Rusiya və Türkiyə-Azərbaycan-Qazaxıstan üçtərəfli mexanizmlərini qururuq.

Sputnik Azərbaycan-ın “Habertürk”ə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O, bununla yanaşı, Türkiyə-Azərbaycan-İran, Türkiyə-Azərbaycan-Gürcüstan kimi üçtərəfli mexanizmlərin davam etdiyini qeyd edib: “Vacib layihələrlə bu regionlarla əlaqələrimizi gücləndiririk. İki ay ərzində Bakı-Tbilisi-Qars dəmiryol layihəsinin açılışını edəcəyik”.

Nazir xarici siyasət sahəsindəki fəaliyyətlərinin Qafqazdakı problemlərin, o cümlədən Qarabağ probleminin həllinə yönəlik olduğunu bir daha vurğulayıb.

Xəbər lenti
0