Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

YAP-çı millət vəkili bank özbaşınalığına qarşı çıxdı

© Photo : APASiyavuş Novruzov
Siyavuş Novruzov - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili: "Özəl sektorda çalışanların ixtisarının, maaşlarının azaldılmasının qarşısı alınmalıdır"

BAKI, 17 mart — Sputnik. "Banklar kreditləri yüksək faizlə verirlər və onu alan vətəndaş heç bir sahibkarlıqla məşğul ola bilmir". 

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün keçirilən plenar iclasda millət vəkili Siyavuş Novruzov deyib.

O, bildirib ki, Mərkəzi Bank banklara krediti 15 faizlə verir, ancaq banklar vətəndaşlara krediti 25-29 faizlə verirlər: "Qoy 6 və ya 7 faiz qazansınlar. Yoxsa kimin ağlına nə faiz gəldi, onu da qoyur. Bu, düzgün deyil". 

Здание Центрального Банка Азербайджана - Sputnik Azərbaycan
Mərkəzi Bank dollar krediti olanlara kömək edə bilər

Millət vəkili bildirib ki, Mərkəzi Bank bu məsələlərə ciddi yanaşmalı və müvafiq tədbirlər görməlidir.

Novruzov qeyd edib ki, özəl sektorda çalışanlar ixtisara salınır, maaşları azaldılır: “Bunun qarşısı alınmalıdır. Biz əvvəlcə həmin şirkətlərin vergi sisteminə baxmalıyıq, onlara şərait yaratmalıyıq. Sonra da soruşmalıyıq ki, vətəndaş niyə ixtisara düşür, əvvəllər aldığı maaşı niyə ala bilmir? Bu məsələyə ciddi diqqət yetirmək lazımdır”.

Millət vəkili deyib ki, vətəndaşların əziyyət çəkməməsi üçün süni qiymət artımının qarşısı alınmalıdır.

Xəbər lenti
0