BAKI, 17 mart – Sputnik. “İsrailə aid döyüş təyyarələri Palmiradakı hədəflərimizə havadan zərbələr endirib. Ordumuz cavab olaraq İsrailə aid qırıcını vuraraq məhv edib”. Sputnik xəbər verir ki, bu barədə Suriya hökuməti məlumat yayıb.
Məsələyə rəsmi Təl-Əvivin reaksiyası gecikməyib. “Bu, tamamilə yalan və uydurma məlumatdır. Suriyada heç bir nöqtəni vurmamışıq və heç kim də təyyarəmizi vurmayıb” – deyə İsrail tərəfinin bəyanatında qeyd olunub.
Xatırladaq ki, İsrailin döyüş təyyarələri bundan öncə dəfələrlə Suriya hava məkanına girərək Hizbullah hədəflərini vurduğunu etiraf etmişdi.