SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Heç nəyi dəyişə bilməyən referendum

© Sputnik / / İlham MustafaGəncə şəhərində ümumxalq səsverməsi davam edir
Gəncə şəhərində ümumxalq səsverməsi davam edir - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda referendumun rəsmi nəticələrinə görə, əhalinin 75 faizinin SSRİ-nin saxlanılmasına tərəfdar olduğu elan edildi

BAKI, 17 mart — Sputnik. 1991-ci il martın 17-də SSRİ-də ittifaqın saxlanılması məsələsi ilə bağlı referendum keçirilib.

Rəsmi məlumatlara əsasən, referendumda əhalinin 76 faizi SSRİ-nin saxlanılmasına səs vermişdi. Altı respublikada (Latviya, Estoniya, Litva, Ermənistan, Gürcüstan, Moldova), həmçinin Azərbaycanın Naxçıvan Muxtar Respublikasında referendum keçirilməmişdi.

Azərbaycanda referendumun rəsmi nəticələrinə görə, əhalinin 75 faizinin SSRİ-nin saxlanılmasına tərəfdar olduğu elan edildi.

Referendumun nəticələri geniş ictimaiyyətdə şübhə dogurdu. 1991-ci ilin dekabrında keçirilən analoji referendumda səs verənlərin əksəriyyəti SSRİ-dən çıxmağın lehinə səs verdilər. Elə həmin ay SSRİ dağıldı.

Xəbər lenti
0