BAKI, 17 mart — Sputnik. Keçən il Bakı-Astara yolu ilə bağlı etdiyim çıxışda tənqid etmiş, səsləndirmişdim ki, yolun hazır olan hissəsini nədənsə istifadəyə vermirlər. İndi hesabatda oxuyuram ki, bu hazır olan hissənin 2017-ci ilin 2-ci rübünün sonunda istifadəyə verilməsi nəzərdə tutulur.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli parlamentin plenar iclasında deyib.
O, deyib: “Çox ümid edirəm ki, o yolun hazır olan hissəsi həmin vaxtda istifadəyə veriləcək”.
“Təsəvvür edin ki, Bakı-Astara yolunun yarıdan çoxu elə bərbad vəziyyətdədir ki, nəinki xarici turisti ora buraxmaq olmaz, vətəndaşımız da oradan hərəkət edə bilmir. Ona görə də bu, çox önəmli bir məsələdir” — deyə millət vəkili bildirib.