CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Parlamentdən əhaliyə “baca” məsləhəti

© Sputnik / Anar MustafayevTüstü bacası, arxiv şəkli
Tüstü bacası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Vitse-spiker: “Dədə-babadan evlərdə baca vardı”

BAKI, 17 mart — Sputnik. Dədə-babadan evlərdə odun, kömür yandıranda mütləq baca olmalı idi. Ona görə ki, onlar yananda əmələ gələn zəhərli maddə evdən çıxsın.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında dəm qazından zəhərlənmələrlə əlaqədar parlament sədrinin müavini Valeh Ələsgərov deyib.

Valeh Ələsgərovun sözlərinə görə, zəhərlənmə hallarının əksəriyyəti o halda baş verir ki, yaşayış evində, otaqda havanın çıxması üçün bir yer yoxdur: “Əhali ilk növbədə buna diqqət yetirməlidir. Əgər kimsə cihaz qoymaq istəyirsə, alsın qoysun. Birinci növbədə, hər kəs evində yoxlasın ki, qaz sobasında yanan qaz qırağa çıxa bilir, yoxsa yox. Yoxdursa, bilənlərə, mütəxəssislərə müraciət etsinlər”.

Xəbər lenti
0