Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda saxta ASAN-çı ələ keçdi

Abunə olmaq
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Baş Prokurorluq birgə məlumat yayıb

BAKI, 17 mart — Sputnik. Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət"in) adından istifadə edilməklə dələduzluq əməllərinin törədilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciət araşdırılıb. Bu barədə Sputnik Azərbaycan Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Baş Prokurorluğun birgə məlumatına istinadən xəbər verir.

Səyyar ASAN xidmət avtobusu - Sputnik Azərbaycan
CƏMİYYƏT
Səyyar ASAN xidmət yeni məntəqələrdə olacaq

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Zöhrab Paşayevin özünü "ASAN xidmət" mərkəzinin vəzifəli şəxsi kimi təqdim edib, saxta sənədlərdən istifadə edərək 2017-ci ilin yanvar ayı ərzində iki vətəndaşı mərkəzə işə düzəldəcəyi adı ilə aldadıb 13.600 (on üç min altı yüz) manat məbləğində pulu ələ keçirməsinə şübhələr üçün əsaslar olduğundan həmin faktlar üzrə cinayət işi başlanıb. Z. Paşayevə Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama və ya satma) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, istintaq zamanı Z. Paşayevin özünü dövlət orqanlarının vəzifəli şəxsi, habelə məhkəmələrdə hüquqşünas kimi təqdim edərək beş epizod üzrə saxta məhkəmə qərarları, o cümlədən dövlət ştampı, möhür və blankarından istifadə edərək ayrı-ayrı şəxsləri aldadıb onlara məxsus 10.660 (on min altı yüz altmış) manat məbləğində pulu ələ keçirməsinə dair sübutlar əldə olunub. Hazırda Z. Paşayevin törətdiyi digər əməllərin araşdırılması, eləcə də cinayətin digər iştirakçılarının müəyyən olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti
0