Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qobustanda yanğın təlaşı

© Sputnik / Rahim MuradovYanğın
Yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumi sahəsi 60 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 m2sahədə və damına yığılmış 3 ton ot bağlamasının 2 tonu yanıb

BAKI, 16 mart — Sputnik. Dünən gecə Qobustan rayonu, Xilmilli kəndində vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 m2sahədə və damına yığılmış 3 ton ot bağlamasının 2 tonu yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, tövlənin və ot bağlamasının qalan hissəsi yanğından muhafizə olunub. Yanğın saat 23:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti
0