Ramil İbrahimov, Sputnik Azərbaycan
BAKI, 16 mart — Sputnik. Bərdə şəhərində qardaş öz bacısını baltalayıb. Yerli hüquq-mühafizə orqanlarından Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, hadisə şəhərin Füzuli küçəsində baş verib.
Rayon sakini, 22 yaşlı Hafiz İbrahimli bacısı, 21 yaşlı Leyla İbrahimlini başına bir neçə balta zərbəsi endirib. Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Yaxınları hadisənin qısqanclıq zəminində baş verdiyini, Hafiz Məmmədovun hərbi xidmətdən yeni qayıtdığını bildiriblər. Hazırda faktla bağlı cinayət işi başlanıb. Hüquq mühafizə orqanları araşdırma aparır.