CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Onun gözübağlı bacardığını əksəriyyət gözüaçıq bacarmır

© Sputnik / Ilham MustafayevAfiq İsgəndərov
Afiq İsgəndərov - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyri-adilik axtarışında olan bərbərin hobbisi müştərilərinin saçını gözübağlı qaydaya salmaqdır

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 15 mart — Sputnik. Goranboy rayonunda yaşayan 24 yaşlı Afiq İsgəndərov 7 ildir ki, bərbərliklə məşğuldur. Onu digər bərbərlərdən fərqləndirən cəhəti isə müştərilərinin saçını gözübağlı kəsə bilmək bacarığıdır.

İki ildir bu sahədə özünü sınayan ustanın sözlərinə görə, müştərilərinin saçını bu üsulla qırxmaq onun hobbisidir. O, tək qayçı-daraqla deyil, saçkəsən maşın və ülgüclə də gözübağlı rahatlıqla işləyir.

"Bunu öyrənərkən əvvəllər çətinlik çəkdim. Hətta bir neçə dəfə əlimi qayçı ilə kəsdim" — deyir.

Gözübağlı saç kəsməyi yeni öyrənən vaxt müştərilərin narazılıqları ilə də üzləşib. Lakin sonradan öz üzərində daha çox işləyərək məqsədinə nail ola bilib.

© Sputnik / Ilham MustafayevAfiq İsgəndərov
Afiq İsgəndərov  - Sputnik Azərbaycan
Afiq İsgəndərov

"Yeni öyrənənlər üçün çox çətindir gözübağlı ustalıq etmək. Qıraqdan baxana asan gələ bilər, amma asan deyil" — A. İsgəndərov bildirir.

Hazırda onun yanına gələn müştəri üçün fərqi yoxdur, Afiq onun saçını gözüaçıq düzəldəcək, yoxsa gözübağlı. O, hər iki halda müştərilərin istədiyi formada, istədiyi ölçüdə onların saçlarını kəsərək, yola sala bilir.

Bərbərin sözlərinə görə, gözübağlı saç kəsməyi əllərinin hissiyatı ilə bacarır. Əllərinin nə hiss etdiyini izah etmək isə onun üçün o qədər asan deyil. Həmsöhbətimiz hər hansı bir istedad yarışması keçirilərsə, iştirak etmək fikrindədir, üstəlik qalib də ola biləcəyinə əmindir.

Xəbər lenti
0