BAKI, 16 mart – Sputnik. Böyük Britaniyanın Avropa İttifaqından çıxmasını nəzərdə tutan qanun artıq qüvvəyə minib.
Sputnik Azərbaycan Euronews-a istinadən xəbər verir ki, Britaniya kraliçası 2-ci Yelizaveta qanun layihəsini təsdiqləyən imzanı bu gün atıb. Kraliçanın qərarından sonra baş nazir Tereza Mey Avropa İttifaqından çıxmağı nəzərdə tutan Lissabon müqaviləsinin 50-ci maddəsini işə salacaq.
Hələlik isə İngiltərə hökuməti "Brexit" prosesinin başlama tarixi və detalları barədə məlumat vermir.