Hollandlar son qərarlarını verdilər

© AP Photo / Patrick PostMark Rutte
Mark Rutte - Sputnik Azərbaycan
Abunə olmaq
Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyası parlamentdəki 150 yerdən 33-nü qazanaraq birinci olub

BAKI, 16 mart — Sputnik. Niderland Krallığında keçirilən parlament seçkilərinin nəticələri açıqlanıb. Sputnik xəbər verir ki, hazırkı baş nazir Mark Ruttenin Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyası parlamentdəki 150 yerdən 33-nü qazanaraq birinci olub.

Radikal millətçi Gert Vildersin Azadlıq Partiyası isə məclisdə cəmi 20 yer qazanıb və ikinci olub. Qeyd edək ki, rəsmi nəticələr martın 21-də açıqlanacaq.

Xəbər lenti
0