BAKI, 16 mart — Sputnik. Fransa Prezidenti Fransua Olland Parisdə Beynəlxalq Valyuta Fondunun (BVF) binasında baş verən partlayışı terror aktı kimi dəyərləndirib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, o, bunu ölkəsinin Tulon şəhərinə səfəri zamanı bildirib.
“Zərfdə partlayıcı qurğunun yerləşdirilməsi terror aktı ilə üzləşməyimiz deməkdir. Bunun başqa adı yoxdur” — Fransa prezidenti vurğulayıb.
Olland bildirib ki, rəsmi orqanlar günahkarların tutulub cəzalandırılması üçün əlindən gələni edirlər.
Qeyd edək ki, martın 16-da BVF-nin Parisdəki ofisində partlayıcı quraşdırılmış qurğunun partlaması nəticəsində bankın qadın əməkdaşı xəsarət alıb.
Bu gün həmçinin Fransanın Qras şəhərində litseydə atışma olub. Atışma nəticəsində yaralananların olduğu bildirilir.
İnsidentdən sonra hokumət terror təhlükəsi haqqında xəbərdarlıq elan edib. Yerli telekanalların məlumatına görə, bir şübhəli şəxs tutulub. Hadisə yerində xüsusi təyinatlılar işləyir.