CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hüquqşunas: “Bərabər hüquqlar var, ancaq bərabər imkanlar yoxdur”

© Photo : APAHüquqşünas Günel Səfərova
Hüquqşünas Günel Səfərova - Sputnik Azərbaycan
Abunə olmaq
Günel Səfərova: “Qanunvericilik sistemimizdə qadın və kişi hüququ deyə bir anlayış yoxdur”

Günel Səfərova: “Biz danışırıq ki, məişət zorakılığı haqqında qanunun nəyə görə şərtləri həyata keçirilmir”
2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib və həmin Qanun məişət zorakılığının qurbanı olan şəxslərin sosial və hüquqi müdafiəsi, eləcə də məişət zorakılığının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsini nəzərdə tutur. Gənc Vətəndaş Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru, hüquqşünas Günel Səfərova deyir ki, Azərbaycan Respublikasının Konstitusiyasında, Məişət zorakılığı və gender haqqında qanunda da qadınların hüquqları kifayət qədər yaxşı tənzimlənib: “Bizim qanunvericilik sistemimizdə qadın və kişi hüququ deyə bir anlayış yoxdur. Burada tam universal bərabər hüquqdan söhbət gedir. Bizdə problem qadın hüquqlarının təmin olunmasındadır. Bərabər hüquqlar var, ancaq bərabər imkanlar yoxdur”.

“Biz danışırıq ki, məişət zorakılığı haqqında qanunun nəyə görə şərtləri həyata keçirilmir. Bu məsələdə biz qadını günahkar bilirik ki, hüquqlarını, vəzifələrini bilmir. Amma bu fikirlə tam razılaşmaq olmaz. Müəyyən bir çərçivədə yaşayan, məhrumiyyətlərə məruz qalan insan bu hüquqları harada öyrənməlidir? Biz xidmət olaraq onların ayağına getməliyik. Ucqar yerdə yaşayan insanlar bunlardan məhrum olmamalıdır” — deyə o bildirib.

Xəbər lenti
0