Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda gənc yazar intihar etdi

© Photo : SimSimMövlud Abdullayev
Mövlud Abdullayev - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Mövlud Mövlud imzası ilə tanınan Mövlud Abdullayev özünü 17-ci mərtəbədən atıb

BAKI, 16 mart — Sputnik. Bakıda dəhşətli intihar hadisəsi baş verib. Binəqədi rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə 7-ci mikrorayonda, Axundov küçəsində qeydə alınıb.

Binəqədi rayonunda yaşayan 1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlu həmin küçədə yerləşən binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib. M. Abdullayev hadisə yerində ölüb. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, intihar edən M. Abdullayev gənc yazardır. O, ədəbi aləmdə Mövlud Mövlud imzası ilə tanınıb. M. Abdullayev iş yerinin yaxınlığındakı yarımçıq tikilinin 17-ci mərtəbəsindən özünü atıb. İntiharın səbəbi hələlik məlum deyil.

Xəbər lenti
0