Türk xalqları Novruz bayramını necə qeyd edir?

Abunə olmaq
Novruzun Azərbaycanda, Qazaxıstanda və Qırğızıstanda necə qeyd olunduğu barədə danışılacaq.

BAKI, 15 mart — Sputnik. Mart ayında türk xalqları, eləcə də bir sıra digər xalqlar Novruzu baharın qarşılanması və təbiətin oyanması günü kimi qeyd edir. Bu hadisə həm də Şərqdə Yeni ilin başlanması kimi qeyd olunur.

Hər bir xalq bu bayramı özünəməxsus keçirir. Bəs Novruz Azərbaycanda, Qazaxıstanda və Qırğızıstanda necə qeyd olunur? Bu barədə "Türk xalqlarının Novruz bayramı ənənələri" mövzusunda keçirilən Bakı-Astana-Bişkek videokörpüsündə ətraflı bəhs ediləcək. Videokörpü martın 16-da saat 12:00-da keçiriləcək.

İştirakçılar

Bakıda:
— Kulturoloq, tarix elmləri doktoru, "Simurq" Azərbaycan Mədəniyyəti Assosiasiyasının prezidenti Fuad Məmmədov

Astanada:
— Mədəniyyət və etnoqrafiya sahəsinin mütəxəssisi

Bişkekdə:
— Qırğızıstanın mədəniyyət, informasiya və turizm nazirinin müavini Aynura Temirbekova;
— "Manas Orda" Cəmiyyətinin rəhbəri Anarbek Usupbayev

Əlaqə üçün

Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Tədbir Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə ünvanında keçiriləcək.

Xəbər lenti
0