CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

4 yaşlı qız gecə 8 km yolu təkbaşına getdi

© Photo : STRSaqlana Salçak
Saqlana Salçak - Sputnik Azərbaycan
Abunə olmaq
Mənfi 34 dərəcədə 8 km yol gedərək nənəsinin öldüyünü xəbər verməyə və kömək çağırmağa nail olan balaca Saqlana Salçakın anası həbs ediləcək

BAKI, 15 mart-Sputnik. Rusiyanın Tuva bölgəsində 4 yaşlı balaca qız —34 dərəcə soyuğa baxmayaraq, nənəsinin öldüyünü xəbər vermək və kömək çağırmaq üçün vəhşi heyvanlarla dolu bir meşədə tək başına 8 km yol gedib. 

© Photo : NTV / Yury DarbaaSaqlana Salçak anası Eleonora ilə
Saqlana Salçak anası Eleonora ilə - Sputnik Azərbaycan
Saqlana Salçak anası Eleonora ilə

Sputnik Azərbaycan Siberian Times qəzetinə istinadla xəbər verir ki, Rusiyanın Tuva bölgəsində 4 yaşındaki Saqlana Salçak adlı bir qız görmə əngəli olan babası tərəfindən 60 yaşlı nənəsinin ölümünü xəbər vermək və kömək çağırmaq üçün çölə göndərilib. Balaca qız, gecə saatlarında özü ilə ocaq qalamaq üçün kibrit götürərək mənfi 34 dərəcə şaxtada qarla örtülü meşə yoluna çıxıb. Saqlana, bir müddət gedəndən sonra bir hissəsi buz bağlamış çayın üstündə at arabasının izinə rast gəlib. O, bu izlə gedərək qonşuların evini tapmaq üçün 6 saatlıq məsafə qət edib. Şiddətli soyuğun hakim olduğu bölgədə canavar və ayı kimi vəhşi heyvanların da olmasına baxmayaraq, Saqlana gecə səyahətini sağ-salamat başa vurub. O, qonşuları tapıb və baş verən hadisə barədə onları xəbərdar edib. 

© Photo : STRSaqlana (sağdan ikinci) və anası Eleonora (soldan birinci) sosial sığınacaqda
Saqlana (sağdan ikinci) və anası Eleonora (soldan birinci) sosial sığınacaqda - Sputnik Azərbaycan
Saqlana (sağdan ikinci) və anası Eleonora (soldan birinci) sosial sığınacaqda

Saqlana "çox üşüdüm və acdım. Amma qorxmadım. Sadəcə getdim, getdim və axırda istədiyim yerə çatdım” – deyib. 

Nənəsi üçün kədərləndiyini bildirən Saqlananın 31 yaşlı anası Eleonora, uşağını nənə və babasının yanında qoyaraq təhlükəyə atdığı üçün 1 illik həbs cəzası alacaq. 

Tuva prokurorluğundakı mənbə babasının xəstə olduğunu və uşağın təhlükəsizliyini təmin etmək durumunda olmadığını bildirib. 

Saqlana, uşaq xəstəxanasında bir müddət müalicə aldıqdan sonra sosial xidmətlər tərəfindən himayəyə götürülüb. 

Kiçik qıza baxmağı öz üzərinə götürən sosial xidmət işçiləri deyiblər: “Saqlana çox ağıllı qızdır. Tayqa meşəliklərində bu cür kiçik qəhrəmanın böyüməsinə şadıq. Ona öz qızımız kimi baxır, hər gün öz övladımız kimi qucaqlayıb öpürük”.

Xəbər lenti
0