Putinlə Ərdoğan arasında böyük anlaşma

© Sputnik / Aleksey Nikolsky / Fotobanka keçməkPutin və Ərdoğan
Putin və Ərdoğan - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
S-400 raketlərinin Türkiyəyə satılması ilə bağlı razılıq əldə olunub

BAKI, 15 mart — Sputnik. Türkiyə və Rusiya arasında S-400 raketlərinin Türkiyəyə satılması ilə bağlı razılıq əldə olunub. Sputnik xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

"Türklər S-400-lərin alınması ilə bağlı müqavilə bağlamaqda maraqlı olduqlarını bildiriblər. Təbii ki, biz də bu əməkdaşlıqda maraqlıyıq" — Peskov deyib.

Rusiya prezidenti Vladimir Putinin sözçüsü hazırda danışıqların davam etdiyini açıqlayıb. Rus mətbuatının yazdığına görə, Ankara və Moskva arasında qiymətlə bağlı yekun danışıqlar gedir.

Xəbər lenti
0