Fransua Olland İlham Əliyevə Ərdoğan haqda nə dedi?

© elysee.frFransa prezidenti Fransua Olland
Fransa prezidenti Fransua Olland - Sputnik Azərbaycan
Abunə olmaq
Fransa prezidenti: "Bizim Türkiyəyə, Türkiyənin də Avropaya ehtiyacı var"

BAKI, 15 mart — Sputnik. Fransa prezidenti Fransua Olland Türkiyəyə ehtiyacları olduğunu deyib. O, bu barədə Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra açıqlama verib.

Sputnik Azərbaycan "Takvim"ə istinadən xəbər verir ki, Fransua Olland son günlər Türkiyə ilə bəzi Avropa dövlətləri arasında yaşanan gərginliyi dəyərləndirib. "Avropa dövlətləri ilə Türkiyə arasında gərginlik yaşanmaqdadır. Bizim Türkiyəyə ehtiyacımız var. Türkiyənin də Avropaya ehtiyacı var. Hər məsələdə olduğu kimi, bu məsələdə də dialoq yolunu tapmalıyıq" — deyə Olland əlavə edib.

Xəbər lenti
0