BAKI, 15 mart — Sputnik. Qax rayonunda çaydan tapılan meyitin kimliyi müəyyənləşib. Bu barədə yerli hüquq mühafizə orqanlarından Sputnik Azərbaycan-ın bölgə müxbirinə məlumat verilib.
Bildirilib ki, martın 11-i saat 16 radələrində rayonun Əlibəyli kəndi ərazisindən axan çaydan, 30-35 yaşlarında olan nəməlum qadın meyiti tapılıb. Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxsin 1982-ci il təvəllüdlü, Mingəçevir şəhər sakini Gülnar Çingiz qızı İbrahimova olduğu müəyyən olunub.
Faktla bağlı Qax Rayon Prokurorluğunda CM-in müvafiq maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.