CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkəyə maqnit gətirənlər saxlanıldılar

© Sputnik / Anar MustafayevElektrik sayğacı, arxiv şəkli
Elektrik sayğacı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı Baş Gömrük İdarəsinin Poçt göndərişləri bölməsində gömrük nəzarəti zamanı ayrı-ayrı vətəndaşlar tərəfindən sifariş edilən maqnitlər aşkar edilərək saxlanılıb

BAKI, 15 mart — Sputnik. "Azərişıq" ASC ayrı-ayrı vətəndaşlar tərəfindən xarici ölkələrdən gətirilən müxtəlif maqnitlərdən istifadə olunaraq elektrik sayğaclarına qanunsuz yolla müdaxilə edilməklə dövlətə məxsus elektrik enerjisinin talandığı, həmin halların qarşısının alınması üçün köməklik göstərilməsi barədə Dövlət Gömrük Komitəsinə müraciət edib.

Bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat verilib.

Həmin müraciətə əsasən görülən tədbirlər nəticəsində Bakı Baş Gömrük İdarəsinin Poçt göndərişləri bölməsində gömrük nəzarəti zamanı ayrı-ayrı vətəndaşlar tərəfindən sifariş edilən maqnitlər aşkar edilərək saxlanılıb. 

Ümumilikdə 20 fakt üzrə 25 maqnit aşkar edilib.

Xəbər lenti
0