CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekspert məktəbdə şagirdə təcavüz edilməsinə belə münasibət bildirdi

© Sputnik / Murad OrujovЭтибар Алиев, эксперт в области образования
Этибар Алиев, эксперт в области образования - Sputnik Azərbaycan
Abunə olmaq
Etibar Əliyev: “Valideynlər övladlarının sosial şəbəkələrdən istifadəsinə diqqət yetirməlidirlər”

Etibar Əliyev: “Belə halların qarşısını almaq üçün maarifçilik işləri aparılmalıdır”
00:00
1
  • 0,8
  • 1
  • 1,5
  • 2
iBuraxılış barədə
CƏMİYYƏT
Cəmiyyət daxilində baş verən olaylar
Bütün epizodlara baxmaq
Etibar Əliyev: “Belə halların qarşısını almaq üçün maarifçilik işləri aparılmalıdır”
Etibar Əliyev: “Valideynlər övladlarının sosial şəbəkələrdən istifadəsinə diqqət yetirməlidirlər”
Bir neçə gün öncə Beyləqan rayonunun orta məktəblərinin birində təhsil alan 17 yaşlı şagirdə təcavüz edilməsi ilə bağlı məlumatlar yayılmışdı. Beyləqan rayon təhsil şöbəsinin müdiri Xuraman Rüstəmova mediaya açıqlama verərək baş vermiş hadisə ilə bağlı işdən azad olunanlardan savayı, uşaq birliyinə, psixoloqa şiddətli töhmət verildiyini bildirmişdi. Son vaxtlar təhsil müəssisələrində artan belə hallar məktəblərdəki psixoloqların fəaliyyətini gündəmə gətirir.

Təhsil məsələləri üzrə ekspert Etibar Əliyev deyir ki, məktəblərdə psixoloqların fəaliyyəti çox da nəzərə çarpmır: “Onlar dərs prosesində və ya fakultətiv məşğələlərdə normal şəkildə psixoloji işlər apara bilmirlər. Bu əksər məktəblərdə belədir. Bizim ali məktəblərin  tədris prosesi normal psixoloq yetişdirə bilmir. Çox təəssüflər olsun ki, bu məsələlər təkcə psixoloqlarla bağlı da deyil”.

“Yuxarı sinif şagirdləri istədikləri informasiyaları internetdən sərbəst şəkildə əldə edirlər. Bunun özünün də çox mənfi tərəfləri var. Burada valideynlərin rolunu kiçiltmək olmaz. Valideynlər övladlarının sosial şəbəkələrdən istifadə məsələlərinə diqqət yetirməlidirlər. Belə halların qarşısını almaq üçün geniş maarifçilik işləri görülməlidir. Nazirlik nümayəndələri, ekspertlər məktəblərə getməlidirlər. Rayon mərkəzlərində tədbirlər keçirilməlidir.  Bu cəmiyyətin, təhsilin tabe olduğu digər qurumların ümumi problemidir” — deyə o bildirib.

Xəbər lenti
0