Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Məşhur deputatdan sensasion təhdid: "Hamınızı güllələyəcəm"

© Sputnik / Maxim Blinov / Mediabanka keçidЛидер ЛДПР Владимир Жириновский, архивное фото
Лидер ЛДПР Владимир Жириновский, архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Vladimir Jirinovskinin rəhbərlik etdiyi RLDP-nin deputat fraksiyası Dövlət Dumasının plenar iclasını tam heyətdə tərk edib

BAKI, 15 mart-Sputnik. Bu gün Vladimir Jirinovskinin rəhbərlik etdiyi RLDP-nin deputat fraksiyası Dövlət Dumasının plenar iclasını tam heyətdə tərk edib. Sputnik Azərbaycan-ın məlumatına görə, buna səbəb hakim “Yedinaya Rossiya” fraksiyasının deputatlarının Jirinovski ilə bağlı Etika Komissiyasına müraciət etməsi olub. 

Vladimir Jirinovski - Sputnik Azərbaycan
RUSİYA
Milyarderin Jirinovskiyə hədiyyə etdiyi maşın xarab olub

Jirinovski öz çıxışında Moskva vilayətinin Ruz rayonunda RLDP-dən olan deputatlara təzyiq göstərildiyini deyib və həm Moskva vilayətinin rəhbərliyinin, həm də “Yedinaya Rossiya”nın (Vahid Rusiya — red.) deputatlarının ünvanına neqativ fikirlər səsləndirib. O, Moskva vilayətini “kriminal”, “Yedinaya Rossiya”nın deputatlarını isə rüşvətə satılmış adlandırıb. 

“Sizi məhkəməyə verəcəyik. Gələn ilin martında mən Kremlə gedəcəm, sizi güllələyəcəm və asacam, yaramazlar və alçaqlar" – deyə Jirinovski əlavə edib. 

Dövlət Dumasının vitse-spikeri Sergey Neverov isə öz növbəsində Dumanın Etika Komissiyasını Jirinovskinin sözlərinə diqqətlə qulaq asmağa çağırıb. O qeyd edib ki, siyasi çıxışlarda təhqirə və ədəbsizliyə yol verilməməlidir. Məhkəmə isə kimin cinayətkar olduğunu müəyyən edəcək. Bundan sonra Jirinovski öz fraksiyasını zaldan çıxarıb. 

Seçki məntəqələrindəki nəzarət kameraları - Sputnik Azərbaycan
RUSİYA
"Vahid Rusiya" Dumada Konstitusion çoxluğu qazanıb

Dumanın deputat etikası üzrə Komissiyası növbəti iclasların birində bir neçə deputatın müraciəti əsasında Jirinovskinin çərşənbə günü plenar iclasda səsləndirdiyi fikirlərlə bağlı verdiyi şikayətə baxacaq. Bunu komissiyanın üzvü Aleksandr Karelin Rusiya mediasına bildirib. “Müraciətlər var və biz onlara komissiyada baxacağıq” – deyə Karelin bildirib. 

O, Jirinovski ilə bağlı müraciətlərin bir neçə deputatdan gəldiyini deyib. Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bəyan edib ki, Dumanın üç fraksiyası RLDP-nin lideri Jirinovskini qeyri-korrekt sözlərinə görə üzr istəməyə çağırıb. 

Xəbər lenti
0