BAKI, 15 mart — Sputnik. Bu gün Bakı metrosunda intihara cəhd hadisəsi baş verib. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, hadisə bu gün səhər saat 10:40 radələrində "Ulduz" stansiyasında baş verib.
"1961-ci il təvəllüdlü Kərimova Hüsniyyə Tufan qızı qatar stansiyaya gələrkən özünü relslərin üstünə atıb. Maşinist dərhal qatarı saxlayıb. Daha sonra əməkdaşlarımız həmin xanımı qatarın altından çıxarıblar" — Paşayev bildirib.
Metropoliten sözçüsü əlavə edib ki, qadın heç bir xəsarət almayıb: "Hər şey qaydasındadır. Hazırda xanımın hansı səbəblərdən intihara cəhd etməsi faktı araşdırılır".